Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-31,
Seanews
Heyder Eliyev

"Wärtsilä" ABŞ-də istismara veriləcək ilk tam elektrikli bərələrin mühərrik sistemini təmin edəcək

Texnologiya nəhəngi "Wärtsilä" ABŞ-də istismara veriləcək ilk tam elektrikli, sıfır emissiyalı yüksək sürətli üç sərnişin bərəsinin mühərrik sistemini təmin edəcək.

"Seanews.az" xəbər verir ki, "All American Marine" (AAM) şirkəti tərəfindən verilən sifariş "San Francisco Bay Ferry" operatorunun "Rapid Electric Emission Free" proqramı çərçivəsində həyata keçiriləcək.

Bərələr San-Fransiskonun Mission Bay və Treasure Island əraziləri ilə mərkəzi bərə terminalını birləşdirəcək yeni marşrutlarda fəaliyyət göstərəcək.

Gəmilər 150 sərnişin tutumuna malik olacaq, 24 düyün sürətlə hərəkət edəcək və hər biri 625 kVt gücündə iki elektrik mühərriki ilə təchiz ediləcək.

Layihənin ilkin konsept dizaynı "Aurora Marine Design", detallı layihələndirmə isə "Teknicraft" şirkəti tərəfindən hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır