

×

❮
❯

Çay sərnişin gəmilərinə maraq artıb
Niderlandın “Concordia Damen Shipbuilding” gəmiqayırma şirkəti (“Damen Shipyards” qrupuna daxildir, Verkendam) çay kruiz gəmisini istismara verib.
“Seanews.az” xəbər verir ki, sifarişçi İsveçrənin “Twerenbold Reisen Group” gəmiçilik şirkətidir.
Uzunluğu 135 metr, eni 11,45 metr olan “CDS River Cruise 135” tipli gəminin 76 kayut və 12 lüks otağı 176 sərnişin üçün nəzərdə tutulub.
Körpüyə yanalma zamanı yalnız batareyalarla işləyəcək gəmi günəş panellərindən istifadə edir və iki istilik bərpa sisteminə malikdir.
“Concordia Damen” şirkətində çay kruiz gəmisi bazarına marağın artdığını deyirlər.
Qeyd edək ki, yarandığı gündən “Concordia Damen” 140-dan çox müxtəlif tipli gəmilər inşa edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır