Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-31,
Seanews
Heyder Eliyev

2025-ci ilin I rübündə “HHLA Group”-un gəliri 19,8% artıb

Almaniyanın “Hamburger Hafen und Logistik” (“HHLA”) nəqliyyat, logistika və liman qrupunun 2025-ci ilin yanvar-mart aylarında gəliri 2024-cü ilin birinci rübü ilə müqayisədə 19,8% artaraq 435,6 milyon avro təşkil edib.

“Seanews.az” xəbər verir ki, qrupun EBITDA-sı 22,2% artaraq 75,3 milyon avroya, əməliyyat mənfəəti illik müqayisədə 86,6% artaraq 32,5 milyon avroya çatıb.

Xalis mənfəət 2024-cü ilin birinci rübündəki 1,1 milyon avro itki ilə müqayisədə 7,9 milyon avro təşkil edib.

Hesabat dövründə liman logistikası sahəsində gəlir 426,3 milyon avro (+20,1%), əməliyyat mənfəəti isə 28,8 milyon avro (+109,5%) olub.

“HHLA” konteyner terminallarında ümumi konteyner ötürmə qabiliyyəti 1,5 milyon TEU-ya (+5,5%) çatıb. Hamburq limanının terminallarında aşırılan konteyner yüklərinin həcmi 1 472 000 TEU (+5,1%) təşkil edib.

Qrupun beynəlxalq konteyner terminallarının konteyner dövriyyəsi 72 min TEU olub ki, bu da 13,8% artım deməkdir.

Konteyner seqmentində gəlir 11,4% artaraq 206,4 milyon avroya çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır