Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-31,
Seanews
Heyder Eliyev

“CMA CGM” gəmiçilik qrupu “SNP” ilə Hayfon şəhərində dərin su terminalı tikəcək

“CMA CGM” gəmiçilik qrupu Vyetnamın “Saigon Newport Corporation” (“SNP”) şirkəti ilə Hayfon şəhərində yeni dərin su terminalı layihəsinin hazırlanması və həyata keçirilməsi üçün müqavilələr imzalayıb.

“Seanews.az”xəbər verir ki, bu barədə “CMA CGM”-nin mətbuat xidməti məlumat yayıb.

Müqavilə Hayfonun Lach Huyen rayonunun əlverişli ərazisində yerləşən 7 və 8 nömrəli terminallarının layihələndirilməsi, tikintisi və istismarını nəzərdə tutur. Layihəyə əsasən, obyekt 2028-ci ildə istifadəyə veriləcək. Terminalın illik konteyner dövriyyəsi 1,9 milyon TEU səviyyəsində planlaşdırılır.

Layihə Cənub-Şərqi Asiyanın ən sürətlə inkişaf edən iqtisadi zonalarından biri olan Vyetnamda konteyner daşımalarını artırmağa kömək edəcək.

“CMA CGM”-nin Lach Huyen (7-8) konteyner terminalı üçün “SNP” ilə birgə layihəyə investisiyaları 600 milyon dollar təşkil edəcək.

Fransız nəqliyyat və logistika qrupu “CMA CGM” 1989-cu ildən Vyetnamda fəaliyyət göstərir və Hoşimin, Hanoy, Hayfon, Dananq və Kuinen şəhərlərində 5 nümayəndəliyi var. Qrup “CEVA Logistics” vasitəsilə əsas beynəlxalq ticarət marşrutlarını intermodal şəbəkə ilə birləşdirən Vyetnamda 7 liman vasitəsilə həftəlik 29 daşıma həyata keçirir. “CMA CGM” Kaymepdəki “Gemalink” terminalının və Hoşimin şəhərindəki “Vietnam International Container Terminal”-ın (“VICT”) ortaq sahibidir.

Ümumilikdə, “CMA CGM” dünyada 62 konteyner terminalında pay sahibidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır