Hindistan liman akvatoriyasında minaaxtaran gəmilərin tikintisinə 518,8 milyon dollar xərcləyəcək
Hindistan dəniz limanlarının ərazisində sualtı minaların aşkar edilməsi və məhv edilməsi üçün yükgötürmə qabiliyyəti 900-1000 ton olan 12 mina əleyhinə gəminin inşasını planlaşdırır.
“Seanews.az” xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Hindistanın Müdafiə Nazirliyi Çinin hərbi təhlükəsi fonunda donanma üçün minaaxtaran gəmi proqramına 518,8 milyon dollar xərcləyəcək.
Proqram tezliklə Hindistanın müdafiə naziri Rajnath Singhin rəhbərlik etdiyi Müdafiə Təchizatı Şurası tərəfindən nəzərdən keçiriləcək. Elan edilmiş tenderin nəticələrinə əsasən, minaaxtaran gəmilər Hindistan müəssisələrində inşa ediləcək. İlk mina əleyhinə gəmi müqavilə imzalandıqdan 7-8 il sonra istismara hazır olmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır