“ONE” Cənubi Koreyada konteyner gəmiləri inşa etməyi planlaşdırır
Çin istehsalı olan gəmilərə ABŞ-nin yüksək liman haqlarının tətbiqindən sonra “ONE” Cənubi Koreyada konteyner gəmiləri inşa etməyi planlaşdırır.
“Seanews.az” xəbər verir ki, daşıyıcı artıq 16 000 TEU tutumlu 12 konteyner gəmisi sifariş etmək üçün “Hyundai”-nin gəmiqayırma bölməsi ilə danışıqlar aparır.
Mayeləşdirilmiş təbii qazla (LNG) işləyə bilən bu gəmilərin ümumi dəyəri 2,5 milyard dollar təşkil edəcək.
Çinin dövlət daşıyıcısı “COSCO” isə gələcək ödənişlərdən narahat deyil. Şirkət Çinin “Hudong-Zhonghua Shipbuilding “gəmiqayırma zavodu ilə anlaşma memorandumu imzalayan “Seaspan”-dan altı 8000 tonluq gəmi icarəyə götürməyi planlaşdırır.
Bu, “COSCO”-nun “Seaspan” ilə bir ay ərzində ikinci müqaviləsidir. Şirkət daha əvvəl 11 400 TEU tutumlu altı gəmi icarəyə götürmək barədə razılığa gəlmişdi, onların tikintisi üçün Kanadalı tonaj təchizatçısı Çinin “Shanghai Waigaoqiao Shipbuilding” gəmiqayırma şirkəti ilə müqavilə imzalamışdır.
“Alphaliner”-in qeyd etdiyi kimi, konteyner gəmiləri üçün dünya sifariş kitabı 10 milyon TEU-ya yaxınlaşır. Eyni zamanda, gəmiləri ABŞ limanlarına səfər etməyən operatorlar Çində konteyner gəmiləri inşa etməyə davam edirlər.
Belə ki, Türkiyənin “Arkas Line” şirkəti “CSSC Huangpu Wenchong Shipbuilding”-ə 3,1 min TEU tutumlu dörd konteyner gəmisi sifariş edib. Hər birinin qiyməti 50 milyon dollar olan bu gəmilər 2028-ci ilədək çatdırılmalıdır.
“Çinin Jiangsu Ocean Shipping” (“JOSCO”) şirkəti “Jiangsu Soho Chuangke Shipbuilding”-ə hər biri 45 milyon dollar dəyərində 3000 tonluq dörd gəmi sifariş edib. Çatdırılma tarixi 2027-ci il üçün nəzərdə tutulub.