Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Dənizi qısqanmağa haqqı olanlar 

Hamımız sevirik dənizi (dəniz deyəndə birmənalı olaraq  Xəzər dənizi anlaşılmamalıdır), yayın istisində sahilində dincəldiyimizə, Dənizkənarı parkda yaratdığı təmiz havanı udduğumuza, hətta tilov atıb balığını tutduğumuza və ayrı nələri umduğumuza görə... Qəribədir, biz dənizi ondan umduğumuz hansısa rahatlıga görə sevirik. Amma...

Təkcə onların buna tam haqqı var dənizi qısqanmağa... Təkcə dənizi hər kəsdən artıq sevdiklərinə görəmi... Əsla yox! Dənizi qarşılıqsız sevdiklərinə görə, dünya sularında üzəndə belə ürəklərində Azərbaycan, Xəzər dənizi sevgisi yaşatdıqlarına görə.

Elə buna görə də “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin və Müstəqil.az saytı ilə birgə layihəsində, haqlı olaraq, onlardır. Məhz onlardır dəniz kədərlənəndə kədərlənənlər, dənizin halını soruşanlar:

Qağayılar dövrə vurub qışqırır,

Nə olubdur, söylə sənə, dənizim...

Külək əsir, dalğaların hayqırır,

Tutqun olur yavaş-yavaş bənizim –

Nə olubdur, söylə sənə, dənizim...

Bu kitab onların həyatından danışır. Əslində, DƏNİZÇİ HƏYATINI danışan elə özləridir. Çünki bu həyatın özəlliklərinin onlardan yaxşı heç kim bilmir. Onlar dənizi təlatümlü, dəhşətli anlarında belə tək buraxmayanlardır. Hərəsinin həyat hekayəsində dənizin bir özəlliyini görürsən. Sanki nağıl içində nağıl oxuyursan. Amma bunlar nağıl deyil, Azərbaycan dənizçisinin yaşadığı gerçək həyatdır.

CMS şirkətinin “Quba” gəmisinin kapitanı, uzaq səfərlər kapitanı Səlahət Axundov təlatümlərlə dolu “Dənizçi həyatı”nın özəlliklərindən danışır və haqlı olaraq deyir ki, dənizin qabarması-çəkilməsi eynilə dənizçinin həyatında inikas olunur.

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyevin danışdıqları adamı heyrətə gətirir. O danışır ki, bir dəfə Sarqas dənizində üzəndə cavan dənizçilərdən biri üzdüyümüz rayonun Bermud üçbucağı olduğunu biləndə stresdən halı pisləşdi.

Onun xatirələrini oxuyanda adamın yadına 1946-ci ildə Bermud üçbucağında baş verən ilk anomal hadisə -  amerikalı yazıçı Vincent Qaddisin müəmmalı şəkildə itən, ABŞ hərbi donanmasına məxsus 5 - 19 bombardmançı təyyarələrin itməsi, 1950-ci ildə isə Associated Press xəbər agentliyinin müxbiri Edvard Van Vinkılın Bermud üçbucağındakı sirli qeyb olmaları düşür.

Səudiyyə Ərəbistanında Liman mühəndisi işləyən təcrübəli dənizçi Fəyaz Rüstəmov Somali sahillərində 30-a qədər qayıqda silahlı quldurun gəmini mühasirəyə almasından, azərbaycanlı kapitan Nadir Həsənzadənin səriştəsi və təmkini sayəsində Ədən körfəzinə qayıda bilmələrindən danışır. Gənclik illərimizdə heyrətlə və qorxu ilə baxdığımız məşhur olan “XX əsrin dəniz quldurları” düşür.

Ərəb Əmirliyində çalışan uzaq səfərlər kapitanı Nazim Həbibovdakı heç nə ilə əvəz olunmayan Vətən eşqinə baxın: “Doğrudur, dünyanın demək olar ki, əksər sularında üzmüşəm. Lakin bu gün bunları müqayisə süzgəcindən keçirdikdə, görürəm ki, Xəzər mənim üçün bir ayrı və müqayisəolunmaz məkandır. Ən azı ona görə ki, Xəzər Vətəndir. Vətən isə, harada yaşayıb, harada fəaliyyət göstərməyindən asılı olmayaraq heç nə ilə müqayisə olunmaz. Sanki dünyanın bütün ləzzətli balıqlarını Xəzərdə cəmləmisən”.

Kitabda həyat hekayələri yer alanların hər birinin fərdi özəlliyi var. “Bue Kaspian” şirkətinin “Topaz Triumph” gəmisinin kapitanı Seyfulla Əliyev deyir ki, seçdiyimpeşə mənə məsulyyət hissinin düşündüyümdən də böyük olduğunu öyrətdi. Söhbət dənizçi peşəsindən gedir ha...

ASCO-nun Xəzər Dəniz Neft Donanmasının PSV  “Qubadlı”  gəmisinin kapitanı, mərhum İlqar Zingirov milli ruhlu dənizçi idi. Ona görə də “Dənizçi həyatı”nda həmsöhbət olanda  bu mövzuya daha çox köklənmişdi: ”Mən Qərbi Azərbaycanda doğulub, boya-başa çatmışam. Demək olar ki, həmişə o namərd millətin, insanlıqdan uzaq olanların, donuz adlandırıla biləcək məxluqların əhatəsində olmuşam. Bağışlayın, özümdən aslı deyil, onlardan söz düşəndə hisslərimi cilovlaya bilmirəm. Bir halda ki, bir millətin (əgər millət demək olarsa) bayrağı Kolumbiya bayrağının tərsi, əlifbası Efiopiya, musiqisi Türk, mətbəxti Türk, kilsəsi Alban və Gürcü, ərazisi Azərbaycan ərazisi olan ermənidən gedirsə, bunların  xislətindən necə danışmaq, bəhs etmək olar. Zatən hər şey bəlli”.

... Dənizçini mərd, cəsur olaraq yetişdirən həm də Azərbaycan torpağıdır. O torpaq ki, aylarla suda olsalar da, bir an belə ətrini unutmurlar:

Dənizçinin yuxusuna,

Torpaq ətri girər hər gün.

Yanıb-sönən mayaklarda,

“Ümid” adlı bir közərti,

Görər hər gün.

... ÖN SÖZdə hər şeyi yazmazlar. Bu sevginin pünhan qalan bir tərəfi də var. Əslində, ona görə pünhan qalır ki, onun tam olaraq açması indiyə kimi yoxdur. İnsan dünyanı, ana balanı, gül bülbülü niyə sevirsə, DƏNİZÇİ də DƏNİZİ ona görə sevir. Təxminən qırx il əvvəl tanınmış şair, Prezident təqaüdçüsü Vasif Süleyman “Dəniz” qəzetində mənim haqqımda (təvazökarlıqdan uzaq olsa da), mənim şeirlərim haqqında bir yazı yazmışdı. Bu, mənim haqqımda ilk mətbu yazı idi. Heç bilirsiniz yazı necə adlanırdı... MƏN DƏNİZİ QISQANIRAM... İllərin o başından gələn doğmalığa, yaxınlığa bax. Qırx ildən sonra də mən DƏNİZİ QISQANANLAR haqqında kitab bağlayıram.

... ÖN SÖZdə qısaca anonsunu verdiyimiz o sirli aləmə düşmək üçün bircə səhifə qalır. Ləngimədən çevir səhifəni...

Faiq BALABƏYLİ

“Dənizçilərə Sosial Dəstək” İB-nin sədri, gəmi kapitanı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır