Bu gün daha üç gəminin yola düşməsi planlaşdırılır
Ukrayna limanlarında gözləyən taxıl və digər ərzaq məhsullarının daşınması ilə əlaqədar Birgə Koordinasiya Mərkəzinin intensiv işi nəticəsində bu gün – avqustun 5-də daha üç gəminin yola düşməsi planlaşdırılır.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Ukraynanın müdafiə naziri Oleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə ayrı-ayrılıqda görüşdüklərini qeyd edən nazir bildirib ki, bu danışıqlar zamanı taxılın daşınması ilə bağlı aparılan araşdırmalar və son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


