Yaponiya Rusiyanın Kuril adaları yaxınlığındakı hərəkətlərini gözdən qaçırmamağa çalışır
Tokio Rusiya hərbçilərinin yeni Hərbi Dəniz Doktrinasının qəbulu ilə əlaqədar Kuril adaları yaxınlığındakı hərəkətlərini gözdən qaçırmamağa çalışır.
“Seanews.az” xəbər veriri ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Seiji Kihara brifinq zamanı bildirib:“Biz Rusiya hərbçilərinin Yaponiyanın yaxınlığında, o cümlədən şimal ərazilərində hərəkətlərini diqqətlə izləyirik.”
Kihara qeyd edib ki, Yaponiya lazım gələrsə, öz mövqeyini Rusiya tərəfinin diqqətinə çatdıracaq.
Qeyd edək ki, yeni Rusiya Hərbi Dəniz Doktrinasında NATO infrastrukturunun Rusiya sərhədlərinə doğru irəliləməsinin qəbuledilməz olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


