Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-31,
Seanews
Heyder Eliyev

Elektron kitab çox işdə dənizçilərin işinə yarıyacaq

“Voyager Worldwide” şirkəti istifadəsi asan və bir platformada dənizçilik nəşrlərinin geniş kitabxanasına daxil olmağın sürətli yolu olan “Voyager eBook” kitabını təqdim edib.

“Seanews.az”-ın məlumatına görə, “Voyager eBook” elektron kitabı yeni “IMO Bookshelf və Witherby Connect” kitabxanaları ilə eyni qaydada işləyir və dəniz üzgüçülüyünün təhlükəsizliyi üçün bütün zəruri tələblərə uyğun olaraq istifadəçini elektron nəşrlərin tam dəsti ilə təmin edir.

İndi həm gəmi heyəti, həm də ofis işçiləri üçün, məsələn, Bayraq Dövləti Qaydaları, Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Gəmiçilik Palatası, Intercargo, Intertanko, OCIMF, SIGTTO-nun ….. sənədləri əlçatan olacaq.

“Voyager eBook” “Voyager Fleet Insight” və “Voyager Planning Station” ilə işləyir, tələblərinizə cavab vermək üçün yeni nəşrlər sifariş verməyi və gəmi kolleksiyanızı idarə etməyi asanlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır