Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

"Suraxanı" gəmi-muzeyində təlim keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyində yanğınsöndürmə üzrə təlim keçirilib.

ASCO-nun Xəzər Dəniz Neft Donanması(XDND)-nın Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsi əməkdaşlarının keçirdiyi təlimdə muzeyin ekspozisiya bölümünün əməkdaşları və gəmi heyəti iştirak edib.

Təlimin təşkilində məqsəd burda çalışanların yanğın təhlükəsizliyi ilə bağlı nəzəri və praktiki biliklərinin yoxlanılması olub. Təlim iştirakçıları yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması üçün davranış qaydaları ilə tanış olublar.

Təlimi aparan mütəxəssislər gəmi heyəti, muzey bələdçiləri və mühafizəçilərə yanğınsöndürmə vasitələrindən istifadə qaydaları barədə geniş məlumat veriblər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır