Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

“Hafnia Rhine” tankerindən çaya neft məhsulu axıb

ABŞ Sahil Mühafizəsinin məlumatına görə, Sinqapur bayrağı altında üzən “Hafnia Rhine” tankeri yanacaq qəbul edərkən Missisipi çayında mazut ləkələri müşahidə edilib.

“Seanews.az”-ın məlumatına görə, suya 2000 qallondan çox neft məhsulu qarışıb.

Hadisə Yeni Orleandan iyirmi mil məsafədə baş verib. Heyət  üzvləri dağılmanın daha çox yayılmasının qarşısını ala biliblər, lakin o vaxta qədər 60-a yaxın barj çaya daxil olmuş neft məhsulları ilə çirklənib.

Mazutun yayılmasının qarşısını almaq üçün təxminən 6000 fut üzən mühafizə çəpərləri quraşdırılıb.

Neft məhsulunun dağılmasının dəqiq səbəbi hələ müəyyən edilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır