Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Okeanda elmə məlum olmayan dəniz canlıları tapılıb

Alimlər Mərkəzi Sakit okeanda elmə məlum olmayan 39 heyvan növü aşkar ediblər. Toplanmış nümunələrə milşəkilli dəniz ulduzları, lalə şəkilli dəniz süngərləri, dəniz kirpiləri və bir çox dəniz onurğasızları daxildir.

Böyük Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, Mərkəzi Sakit okeanın Klarion-Klipperton zonasının uçurum düzənliklərindən toplanmış nümunələr uzaqdan idarə olunan sualtı aparatın köməyi ilə səthə çıxarılıb. 

Bu canlılar, dəniz səviyyəsindən 3100 metrdən 5100 metrədək dərinlikdə yaşayan orqanizmlər barədə daha dolğun məlumatlar əldə etməyə imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır