Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

RİNA şirkətinin nümayəndələri Bakı Gəmiqayırma Zavodununda olublar

 İtaliyanın gəmi təsnifatı cəmiyyəti olan RİNA şirkətinin nümayəndələri, Qlobal Kommersiya direktoru cənab Pino Spadafora, Orta Şərq, Türkiyə və Xəzər bölgəsi üzrə Kommersiya direktoru xanım Özge Gümüşkaynak və şirkətin yerli nümayəndəsi Orxan Ömərov ilə Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi arasında görüş baş tutub.

Görüş zamanı qonaqlara zavodun cari fəaliyyəti və istehsal potensialı, həmçinin, mövcud və tamamlanmış layihələr haqqında ətraflı məlumat verilib.

Qarşılıqlı maraq doğuran məsələlər və mümkün əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır