Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Yeni limanın tikintisinə 2024-cü ildə başlana bilər

“MSC” və onun terminal operatoru “TIL”, Vyetnam Dəniz Korporasiyası və Sayqon Limanı Txi Bay çayının mənsəbində, Hoşiminin cənubunda, Kan Kio rayonunda böyük beynəlxalq konteyner mərkəzinin inkişafı ilə bağlı hökumətə təklif veriblər.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər veriri ki, liman kompleksinin körpülərinin ümumi uzunluğunun təxminən 7,2 km olacağı və 24 min tutumlu dünyanın ən böyük konteyner gəmilərini qəbul etməklə ildə 10-15 milyon TEU və daha çox yük aşıra biləcəyi gözlənilir.

Layihənin yeddi mərhələdə həyata keçirilməsi təklif olunur. Birinci mərhələnin tikintisi 2024-cü ildə başlaya və 2027-ci ilədək, sonuncusu isə 2040-cı ilə qədər tamamlana bilər.

Hoşimin bölgəsindəki yükaşırma müəsisələri ölkənin ən böyük liman kompleksini təşkil edir və Vyetnam dəniz limanlarının ümumi yük dövriyyəsinin demək olar ki, dörddə biri onların payına düşür. Ölkənin üç əsas limanı var. Hoşimin liman kompleksinə əlavə olaraq, bunlar şimaldakı Hayfon və mərkəzi bölgədəki Dananqdır. Keçən il pandemiyaya baxmayaraq, Vyetnam limanlarının konteyner dövriyyəsi 7% artaraq 24 milyon TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır