ADK-da tələbələrin elmi-praktiki konfransı keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecində (ADK) “Ətraf mühitin çirklənməsi” mövzusunda tələbələrin elmi-praktiki konfransı baş tutub.
Konfransda çıxış edən tələbələr dinləyicilərə mövzunun əsas 5 növündən danışıblar. Elmi-konfransda müasir dövrümüzün ətraf mühiti üçün ciddi təhlükə olan hava, su, torpaq, radioaktiv və səs çirklənməsini vurğuılayan tələbələr bu kimi halların qarşısının alınmasının vacibliyini qeyd ediblər. Bu işdə gənc nəslin üzərinə düşən vəzifələr xüsusi ilə qeyd edildi. Plastik çirklənmənin məhvedici bir səviyyəyə gəlməsini nəzərə alaraq bu mövzuya xüsusi diqqət yetirildi.
Konfransda nümayiş etdirilən slaydlar, video görüntülər və şəkillər tədbiri daha da maaarıfləndirici etdi.