ASCO gəmiləri mütəmadi dezinfeksiya olunur
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “STB-1”, “TMİ-2”, “Bulaq”, “SPK-47/25”, “İslam Kərimov”, “Gültəkin Əsgərova”, “Ramiz Haciyev”, “Atlet-8”, “Neftqaz-64”, “Lütoqa”, “Hövsan”, “Zülfü Hacıyev”, “Bakinskaya-5”, “General Əliağa Şıxlinski”, “Şahdağ” gəmilərində, eləcə də Dəniz Nəqliyyatı Donanmasının inzibati binasında, anbarlarında, giriş-çıxış yerlərind, Xəzər Dəniz Neft Donanmasının paltardəyişmə yerlərində və yeməkxanasında, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə yerlərində, yeməkxanasında aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.