Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-20,
Seanews
Heyder Eliyev

ASCO-da koronavirusa qarşı qabaqlayıcı tədbirlər davam etdirilir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri  “Ağdam”, “Bərdə”, “Naxçıvan”, “Professor Gül”, “Akademik Həsən Əliyev”, “Zərdab-3”, “Abşeronskaya-6”, “Orion-3”, “Orion-17”, “Abşeron-21”, “Abşeron-18”, “Cəmil Niftəliyev”, “Andoqa”, “MPK-460”, “Atlet-5” gəmilərində və 639 saylı üzən emalatxanada aparılıb. Həmçinin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Bibiheybət bölməsində də profilaktik dezinfeksiya işləri yerinə yetirilib.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır