Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

Xəzər dənizində seysmik tədqiqatlar aparılacaq

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Serqo Orjonikidze  adına  Rusiya  Dövlət Geolojikəşfiyyat Universitetinin təşkilatçılığı ilə Moskvada  “Xəzər regionunun mineral xammal bazası” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.

RSXM-dan verilən məlumata görə, səfər çərçivəsində Q. Yetirmişli ikitərəfli əməkdaşlığın imkişafına dair bir sıra görüşlər də keçirib. Həmçinin, Serqo Orjonikidze  adına  Rusiya  Dövlət Geolojikəşfiyyat Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında “Elmi - texniki əməkdaşlıq” haqqında Razılaşma imzalanıb. 

Sənədi Serqo Orjonikidze  adına  Rusiya  Dövlət  Geolojikəşfiyyat Universitetinin rektoru Vadim Kosyanov və RSXM-nin baş direktoru Qurban Yetirmişli imzalayıblar. Razılaşmada ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, Xəzərdənizi hövzəsi ilə bağlı birgə elmi tədqiqatların aparılması, ekoloji risklərin öyrənilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır