Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

class="news-headline">Rusiya ilə Xəzər dənizinə dair ikitərəfli məsləhətləşmələrin detalları açıqlanıb

"Moskvada Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələlərinə dair beştərəfli formatda aparılan danışıqlar ətrafında  ikitərəfli məsləhətləşmələr aparmışıq".

Bunu Xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Rusiya Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovla Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələləri müzakirə ediblər: "Görüşdə fikir  mübadiləsi aparmışıq, ümumi mənzərəni müşahidə edib, monitorinq keçirmişik. Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsinin bir çox maddələri üzrə razılaşma əldə olunub, bir çox maddələri isə açıq qalıb. Açıq qalan maddələr ətrafında fikir mübadiləsi aparmışıq. Razılaşmanın əldə olunmasına xidmət edən ümumi platformanın möhkəmlənməsi üçün səylər göstərmişik ki, mövqeləri yaxınlaşdıraq".

Qeyd edək ki, iyulun 4-də Moskvada  Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.

APA


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır