Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Qocaman dənizçilər evlərində ziyarət olunub

Ənənəyə sadiq qalaraq dənizçilər qocaman həmkarlarını evlərində ziyarət edirlər.

Bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının İnsan Resursları Xidməti və Sosial inkişaf və nəqliyyat qrupunun əməkdaşları kapitan Mehdi Quliyevlə bosman İsa İsmayılova baş çəkiblər.

Görüşdə həyatlarının böyük hissəsini dənizçiliyin inkişafına həsr etmiş həmin şəxslərin xidmətləri xatırlanıb, onların məhsuldar fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib. Bundan başqa, çox sayda dənizçinin taleyində önəmli rol oynamış peşəkar dənizçilər də yada salınıb.

Mehdi Quliyev və İsa İsmayılov həmkarlarının qədirbilənliyinin onlarayüksək əhval gətirdiyini söyləyib və yaşlı dənizçilərin evində ziyarət olunması ənənəsinin xoş olduğunu deyiblər.

Həmkarları ona “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin salamlarını və xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Qocaman dənizçi də öz növbəsində minnətdarlığını bildirib, “Dənizçi Günü” münasibəti ilə bütün dənizçiləri təbrik ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır