Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-04,
Seanews
Heyder Eliyev

Məhkəmə Havayın kruizlər üçün “yaşıl rüsum”unu dayandırdı

ABŞ-nin  9-cu Dairə Apellyasiya Məhkəməsi Havay ştatında kruiz sərnişinləri üçün nəzərdə tutulan “yaşıl rüsum”un icrasını apellyasiya baxışı başa çatanadək dayandırıb. Qərar rüsumun 1 yanvar 2026-cı ildə qüvvəyə minməsinə bir neçə saat qalmış qəbul edilib.

Qanuna əsasən, kruiz biletlərinə 11 faiz vergi tətbiq olunmalı, yerli hakimiyyət orqanlarının əlavə 3 faiz rüsum tətbiq etməsi ilə ümumi yük 14 faizə çata bilərdi.

Kruiz sənayesini təmsil edən Beynəlxalq Kruiz Xətləri Assosiasiyası rüsumun ABŞ Konstitusiyasına zidd olduğunu bildirərək məhkəməyə müraciət edib. Apellyasiya məhkəməsi otellər və qısamüddətli kirayələr üçün “yaşıl rüsum”un qüvvədə qalmasına icazə versə də, kruiz sərnişinlərinə münasibətdə tətbiqi müvəqqəti olaraq dayandırıb.

Havay hökuməti rüsumdan ildə təxminən 100 milyon dollar gəlir əldə olunacağını və vəsaitin iqlim dəyişikliyi ilə bağlı ekoloji layihələrə yönəldiləcəyini açıqlamışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır