Aktau limanında taxıl terminalı tam istehsal gücünə çatıb
2025-ci ilin birinci rübündə Qazaxıstanın Aktau limanındakı “Ak Bidai- Terminal” taxıl aşırma həcmini 509% artırıb.
“Korabel.ru” “APK News”-a istinadən xəbər verir ki, son iki ildə ilk dəfə olaraq taxıl kompleksi tam istehsal gücünə çatıb.
Yanvar-mart aylarında Aktau limanı 40 gəmini qəbul edib və 126,1 min ton taxıl ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur, o zaman ixrac üçün terminal vasitəsilə 20,7 min ton arpa və qarğıdalı aşırılmışdı.
Yükləmə sürətinin artmasına İran idxalçılarının Qazaxıstan taxılına artan tələbi təsir edib. Qida korporasiyası İran İslam Respublikasına 60 min tondan çox arpa göndərir.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır