Danimarka Hərbi Dəniz Qüvvələri üçün yeni gəmilər alınacaq
Danimarka hakimiyyəti silahlı qüvvələrin dəniz imkanlarını artırmağa xüsusi diqqət yetirəcək.
“RİA Novosti” Danimarka Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ən müasir gəmilər və yeni avadanlıqların alınması hesabına ölkənin silahlı qüvvələrinin donanması gücləndiriləcək.
Danimarka Dəniz Mühafizəsi üçün 21 yeni gəmi alınacaq. Ərazi sularının müşahidəsi və minaların qoyulması kimi hərbi məqsədlər üçün isə 4 yeni gəminin alınması nəzərdə tutulur.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır