Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

rhəd tanımayan erməni qəddarlı

Sən hardasan, İlahi?  Günahımız nədir, Allahım? Başımıza gətirilən müsibətlərdən xəbərin yoxdurmu? Xain xislətli bir millətin bizim əzəli torpaqlarımızda nə işi? Nə vaxtadək ermənilər və havadarları tərəfindən repressiyalara, gizli, açıq soyqırımılara məruz qalacağıq?  Səsimizi eşitməyənlərin niyə eşitmək istəmədikləri bizə çoxdan bəllidir. Sən niyə səsimizi eşitmirsən, İlahi? Bizdən həmişə rəhmli, mərhəmətli olmağımızı, son tikəmizi də qonşu ilə bölməyimizi istəmisən. Qazancımız nə olub?  Evi olmayanlara yaşamağa künc verdik, evimizi istədi. Əkib-biçməyə torpaq verdik, yurdumuza sahib çıxmaq istədi. Yarasını sarıdıq, sinəmizə dağ basdı… Biz övladlarımızı mərhəmətli böyüdürük. Bəs məkrli qonşularımız? Onların öz övladlarına nə aşıladıqlarını bəlkə elə onların öz dilindən eşidək. Erməni mənşəli amerikalı Edvard Tatçı Türkiyənin “Navadis” (“Son xəbərlər,” mart, 1977-ci il) adlı qəzetində yazır: “Erməni kilsəsi uzun illər boyu türklərə nifrətdən başqa heç nə öyrətmir. Əgər türkün qəlbində sevgi varsa, erməni gənclərinin qəlbində  onlara qarşı yalnız nifrət var”. Erməni şairi Yegişe Çarens isə öz xalqının xislətini çox dəqiq ifadə edir: ”Mənim xalqımın övladları ana bətnində ikən saxtakarlıq öyrənirlər.” Rus imperiyasının İrandakı keçmiş səfiri A. Qriboyedov I Nikolaya 1829-cu ildə yazmışdı: “Biz general Artunski ilə birlikdə erməniləri Araz çayının o tayı boyunca yerləşdirməyi məsləhət bilirik… Əlahəzrət, qəti bu xalqı (yəni erməniləri) mərkəzi rus torpağında yerləşdirmək olmaz, ermənilər bir neçə on illərdən sonra hay-küy salacaqlar ki, bu xalq çox qədimlərdən burada yaşayıb”. Necə ki, bizim torpaqlarımızda məqsədli şəkildə yerləşdirildikdən sonra ermənilər yeddi arxa dönənlərinə and içməyə başladılar ki, Azərbaycan torpaqları guya onların dədə-baba torpaqlarıdır. 1813-сü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri xalqımızın parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu.  İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada öz havadarlarının köməyi ilə əvvəlcə “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular.  Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. Ermənilər Azərbaycana, bütünlükdə Cənubi Qafqaza zərrə qədər dəxli olmayan, xarakterlərindəki qatı riyakarlıq, satqınlıq və xəyanət üzündən yaşadıqları dövlətlərin heç birində uzun müddət duruş gətirə bilməyən, bu xislətlərinə görə ölkədən-ölkəyə qovula-qovula gəlib Azərbaycan ərazilərində sığınacaq tapmış bir tayfadır. Bu satqın tayfa həmişə böyük dövlətlərin həyata keçirdikləri siyasətin qəddar və məkrli icraçıları olublar. 1918-ci il mart-aprel soyqırımı xalqımıza qarşı erməni təcavüzü və erməni cinayətlərinin daha bir qanlı səhifəsidir. Bu soyqırımı nəticəsində on minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, dədə-baba ocaqlarından vəhşicəsinə qovulmuşlar. Həmin günlərdə Qubanın altını üstünə çevirən  daşnak zabiti Hamazasp fəxrlə deyirmiş:”Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya – Qubaya xüsusi cəza dəstəsilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin hayfını sizdən alım. Mən buraya qayda-qanun yaratmaq, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı yerlə-yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq tapşırılıb.” Ermənilər Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzur qəzasında 115, Qarabağda 150, Quba qəzasında 162, Şamaxı qəzasında 86, Vedibasar mahalında 118, Zəngibasar mahalında 48, Dərələyəzdə 74, Şərurda 4 kənddə kütləvi qırğınlar törədəndə, on minlərlə türk – müsəlman əhalisini qılıncdan keçirəndə, adamlara diri-diri od vurub yandıranda harda idin, İlahi? Harda idin,  ötən əsrdə bütövlükdə 500 min soydaşımız Strabonun sözləri ilə desək, “müxtəlif tayfaların tör-töküntüləri olan başkəsən ermənilər” tərəfindən görünməmiş qəddarlıqla qətlə yetiriləndə? Xəbərin yox idimi, mart qırğınları zamanı ermənilər İçərişəhərin girəcəyində iki mindən artıq soydaşımız olan binanı dörd tərəfdən mühasirəyə alandan sonra od vurub yandıranda? Günahsız müsəlmanların yeri-göyü lərzəyə gətirən ah-naləsini eşitmədinmi? Müstəqil tədqiqatçı Kulqe yazırdı:“15-20 nəfərlik dəstələrə bölünən silahlı ermənilər evlərə soxulub müsəlman əhalini ağır işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, iti bıçaqlarla dəlik-deşik edir, körpə uşaqları süngülərə keçirib havada oynadır, cəsədlərin burun və qulaqlarını kəsir, evlərə od vurub sakinlərqarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər.” Müsəlmanları iki-iki üz-üzə bağlayıb, onların başlarını qılıncın bir həmləsi ilə qoparmaqdan zövq alanlara insan demək olarmı? Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “böyük Ermənistan” dövləti yaratmaq idi. XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci il və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi – bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir. Bu məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları zaman-zaman ermənilər tərəfindən qəsb edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə insan həlak olmuşdur. Hazırda Azərbaycan Respublikası ərazisinin 20 faizi erməni hərbçilərinin işğalı altındadır. Bəli, torpaq iştahaları kimi, erməni vəhşiliyi, qəddarlığı, zalımlığı da sərhəd bilmir. Artıq 200 ildən çoxdur ki, bütün vasitələrlə bizə qarşı ardıcıl işğalçılıq, soyqırımı və terror siyasəti aparırlar. Və  ikili standartlara meylli dünya da susmağa, özünü görməməzliyə vurmağa üstünlük verir. Biz nə istəyirik ki? Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə ifadə etsək, biz yalnız tarixi ədalətin bərpa edilməsini, torpaqlarımızın işğaldan azad olunmasını, bizə qarşı işğal və soyqırımı siyasəti həyata keçirənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik? Bu istəklərimizdə ədalətsiz nə var ki?!  Biz əminik ki, ədalət əvvəl-axır öz yerini tutacaq, xalqımıza qarşı qanlı cinayətlərin əli qanlı çəlladları mütləq tarixin məhkəməsi qarşısında cavab verəcəklər. Bunu bizdən həm də faciə qurbanlarının müqəddəs ruhları tələb edir. Qurbanlarımızın sayı-hesabı yoxdur, güzəştlər limitimiz də çoxdan bitib. Torpaqdan isə pay olmur və olmayacaq. Əgər xain qonşularımız ağla gəlməsələr, onda son sözümüzü döyüş səngərlərində deyəcəyik. Cəsarətli, səriştəli,  müdrik Ali Baş Komandanımız, güclü  iqtisadiyyatımız, qüdrətli ordumuz  və işğal altda olan torpaqlarımızı son qarışına kimi qaytarmaq əzmimiz ola-ola ermənilərin başımıza gətirdikləri faciələrə nə qədər və niyə dözməliyik?  Sadəcə bilmək istəyirəm: bu haqq savaşımızda sən kiminləsən, İlahi? Rasif  TAHİROV – “Dəniz” qəzetinin baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır