





ADDA-da “Pedaqoji prosesdə müəllimin rolu” mövzusunda master-klass təşkil olunub
Azərbaycan Dövlət Dəniz Akademiyasında "Humanitar fənlər" kafedrasının müdiri, dosent İlqar Abdullayevin “Pedaqoji prosesdə müəllimin rolu” mövzusunda master-klass dərsi təşkil olunub.
Mühazirədə müəllimlik işinin xüsusiyyətləri, ali məktəb müəlliminin funksiyaları, peşə qabiliyyətləri, şəxsi keyfiyyətləri və pedaqoji ustalığı istiqamətində nəzəri və praktik məsələlərə toxunulub.
İnteraktiv formada keçirilən dərsdə Akademiyanın gənc müəllimləri, doktorant və magistrantları iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır