











ADK-da tələbələrin elmi-praktiki konfransı keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecində (ADK) “Multikulturalizmə giriş” fənni üzrə “Yaxın şərq dinləri. Zərdüştlüyün yaranması” mövzusunda tələbələrin elmi-praktiki konfransı baş tutub.
Konfransda çıxış edən tələbələr dinləyicilərə Yaxın Şərqdə yaranan xristianlıq, yəhudilik və islam dinləri haqqında məlumat veriblər.
Elmi-konfrans zamanı digər ənənəvi dinlər və onların yaranışı barədə də müzakirələr aparılıb. Qeyd olunub ki, hazırda Azərbaycanda bütün dinlərin fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır