• Bakı, 2021-02-25,
Seanews
Heyder Eliyev

Hindistan və Vyetnam Cənubi Çin dənizində birgə təlimlər keçirib

Hindistan və Vyetnam Hərbi Dəniz Qüvvələri Cənubi Çin dənizində birgə təlimlər keçirib.

"Seanews.az" xəbər verir ki, iki gün davam edən PASSEX təlimlərində Hindistanın “INS Kiltan” hərbi gəmisi də iştirak edib. 

Qeyd olunub ki, təlimlər iki ölkə arasındakı möhkəm dostluq əlaqələrini daha da möhkəmləndirəcək və bölgədə təhlükəsizlik və sabitliyə töhfə verəcək.

Xatırladaq ki, təlimlər Cənubi Çin dənizində artan gərginlik fonunda keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır