Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

ADDA professoru Yusif Həsənovun bu il metrologiyaya dair dörd kitabı işıq üzü görüb

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) professoru, metroloq Yusif Həsənovun müəllifliyi ilə 2023-cü ildə dörd kitab nəşr olunub.

Bu kitablar “Sərbəst və hesabat-qrafiki işlərin yerinə yetirilməsinə dair metodiki vəsait”, “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma”, Metrologiya: ölçmələrin qeyri-müəyyənliyi və normativ təminat”, “Metrologiya, standartlaşdırma, sertifikatlaşma fundamental fiziki sabitlər əsasında kəmiyyət vahidləri” adlanır.

Nəşrlərdə metrologiya haqqında ümumi məlumat, metroloji sistemin inkişafı, ölçmə nəzəriyyəsinin əsasları, metroloji təminatın məqsəd və vəzifələri, respublikada metroloji fəaliyyətin hüquqi əsasları və s. haqqında məlumatlar geniş şərh olunur.

Kitablardan ali məktəb tələbələri, nəzəri biliklərini artırmaq istəyənlər, həmçinin bu sahənin mütəxəssisləri istifadə edə bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır