Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-16,
Seanews
Heyder Eliyev

Temperatur yüksəldikcə daha baha başa gələn daşımalarda fasilələr də artır

Qlobal istiləşmə dünya üzrə ticarət yüklərinin azı 80 faizinin daşındığı gəmiçilik yollarını təhdid edir və temperatur yüksəldikcə baha başa gələn daşımalarda fasilələr də artır.

“Seanews.az” xəbər verir ki, “Bloomberg”-ə görə, gəmiçilik üçün əsas risk təbii fəlakətlərdir. Son 15 il ərzində fırtınalar ABŞ limanlarına dəfələrlə böyük ziyan vurub. Hava şəraitinə görə limanda işin sürəti aşağı düşdükdə və ya liman bağlandıqda, bu, bütün tədarük zəncirinə təsir göstərir. Yağıntıların və dalğaların hündürlüyünün havada istixana qazlarının artan konsentrasiyasına uyğun olaraq artmağa davam edəcəyi gözlənilir.

Qurudakı problemlər dəniz nəqliyyatına da təsir edir. Məsələn, 2019-cu ildə Panama kanalının suyunun qurumaq səviyyəsinə qədər azalması gəmiçilik sənayesinə 300 milyon dollara başa gəldi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır