Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük sərnişin layneri ilk səyahətə hazırdır - VİDEO

“Covid-19” pandemiyası və “ən təzə” ştamı “Omicron” səbəbiylə kruiz bazarındakı bütün məhdudiyyətlərə baxmayaraq, nəhəng layner turistləri göyərtəsinə götürməyə və Karib dənizinə səyahətə çıxmağa hazırlaşır.

“Seanews.az” xəbər verir ki, “Royal Caribbean Group” turizm şirkəti son tamamlama işlərinin yekunlaşdığını və özünün ən yeni sərnişin layneri “Wonder of Seas”-də qəbul sınaqlarının yekun mərhələsinin uğurla başa çatdığını bildirib. Bu, Fransanın “Chantiers de l'Atlantique” şirkətinin Sen-Nazerdəki gəmiqayırma zavodunda dəyişdirilmiş Oasis layihəsinə uyğun olaraq inşa edilən beşinci gəmidir.

Yeni layner bu seriyadan  on il əvvəl istismara verilən ilk gəmidən böyükdür. O cümlədən, sərnişin tutumu 6988 nəfərə, heyət üzvlərinin sayı isə 2300 nəfərə çatdırılıb.

Yanvarın 27-də  “Wonder of the Seas”  Marseldən ayrılaraq Kiprə istiqamət götürəcək, burada qısa müddət qaldıqdan sonra Floridaya yola düşəcək.  Layner Amerikanın Everqleyd limanından Karib dənizi adalarına ilk kruiz səyahətinə 2022-ci il martın 4-də  çıxacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır