Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Gəmiçilk şirkəti “ITA Airways”-ın bir hissəsini almaq istəyir

 “Mediterranean Shipping Company” və “Lufthansa” şirkətləri “Alitalia”-nın varisi olan və İtaliya dövlətinə məxsus “ITA Airways” aviaşirkətinin böyük hissəsini almağı planlaşdırırlar. 

“Seanews.az” xəbər verir ki, “MSC” və “Lufthansa” İtaliya hökumətindən təklif hazırlamaq üçün onlara eksklüziv 90 gün vaxt verməsini istəyiblər.

Potensial alıcılar da hökumətin aviaşirkətdə azlıq təşkil edən payını saxlamasını arzuladıqlarını bildiriblər. “MSC” və “Lufthansa” arasında tərəfdaşlıq şərtləri isə lazımi araşdırma zamanı müəyyən edilməlidir.

 “ITA Airways”-ın direktorlar şurasının sədri  Alfredo Altavilla daha əvvəl məlumat vermişdi ki, aviaşirkət investor tərəfdaş axtarır, Avropa və onun hüdudlarından kənarda bir sıra potensial iddiaçılarla qeyri-rəsmi danışıqlara başlayıb.

“MSC” şirkətində  bildiriblər ki, “İTA”-ya maraq həm yük, həm də sərnişin seqmentlərində sinerji imkanları ilə bağlıdır.

Xatırladaq ki, bir müddət  əvvəl digər konteyner xətləri -“Maersk” və “CMA CGM” da hava nəqliyyatı seqmentində genişləndiklərini elan etmişdilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır