Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Balığın gözünə oxşayan üzən sərgi kompleksi inşa olunur

“BLRT Grupp”-a daxil olan  “Marketex Marine” gəmiqayırma zavodu  Norveçin “Fluctus” şirkətinin sifarişi ilə üzən sərgi kompleksi inşa edir.

“Seanews.az” xəbər verir ki,  “Salmon Eye” adı verilən sərgi kompleksinin uzunluğu və eni 26 metr, hündürlüyü 15 metr, ümumi çəkisi 1000 tona yaxındır.

Konstruksiya balıq gözünə bənzəyən qeyri-ənənəvi ellips formalı alt hissə və üst tikilidən ibarətdir. Yüksək keyfiyyətli paslanmayan poladdan quraşdırılacaq 9500 “tərəzi” öz parlaqlığı ilə qızılbalığın bu növünün rəngini və quruluşunu əks edəcək. “Salmon Eye” ziyarətçiləri akvamədəniyyəti və balıqçılığın inkişafı və potensialı ilə tanış edən ilk sərgi mərkəzi olacaq.

Hər il minlərlə turistin ziyarət etdiyi Hardangerfordda quraşdırılan kompleksə yalnız su yolu ilə gəlmək olar.

Qeyd edək ki, “BLRT Grupp” Baltik dənizi regionunda ən böyük sənaye konsernlərindən biridir. “BLRT Grupp”-a gəmilərin təmiri və modernləşdirilməsi sahəsində kompleks xidmətlər göstərən   üç gəmi təmiri zavodu – Estoniyada  “Tallinn Shipyard”, Litvada “Western Shiprepair” və Finlandiyada “Turku Repair Yard” daxildir. Bundan başqa, konsernin Klaypedada “Western Baltija Shipbuilding” və Tallində “Marketex Marine” gəmiqayırma zavodları var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır