Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında Zəfər Gününə həsr olunmuş atıcılıq yarışı keçirilib

8 noyabr Zəfər Günü münasibəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) strukturlarında fəaliyyət göstərən gənclər arasında atıcılıq yarışı keçirilib.

ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində baş tutan yarışda 5 komanda iştirak edib.   

Komanda üzvlərinin hər biri 5 atış yerinə yetiriblər. Ümumi hesaba yığılan xallar əsasında sıralama müəyyənləşib.

Nəticələrə əsasən, 14 xalla Xəzər Dəniz Neft Donanması birinci, 11 xalla “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu ikinci, 9 xalla Dəniz Nəqliyyatı Donanması üçüncü yerə çıxıb. Sonrakı yerləri isə 7 xalla ASCO Aparatı, 5 xalla “Bibiheybət”Gəmi Təmiri Zavodunun komandası bölüşüblər.

Yarışın qalibləri və iştirakçılarına hədiyyələr verilib. Həmçinin onlar xüsusi serttifikata layiq görülüblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır