Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Dəniz və dənizçilər haqqında deyimlər

Sahilə düşəndə ürəyinin yarısını gəmidə “unutmayan”a dənizçi deməzlər.

Sakit dəniz axtaran dənizçi, özünə başqa peşə axtarsa yaxşıdır.

Sənə dənizçi olmamağın üçün min səbəb gətirərlər. Halbuki həyatının ürəyincə olmaması üçün bəzən bircəsi də kifayət edir.

Dəniz böyük müəllimdir:heç öyrənmək istəməyənə də nə isə öyrədir.

Dənizdə olanda özünü tənha hiss edəndən dənizçi çıxmaz.

Dənizi yaxından seyr etmək ən böyük hovuzda çimməkdən yaxşıdır.

Çaylar insanlara, dənizlər isə xalqlara paylaşmağı öyrədir.

Qara dəniz var. Digər dənizləri də qaraltmayın.

Kim bilir, bəlkə hər dalğa bir dənizçi ilə geri qayıtmaq istəyi ilə sahilə tələsir?

Baxmaqdan doymursunuzsa, deməli dənizə vurulmusunuz.

Dəniz sevgili kimidir. Ayrılan kimi darıxırsan.

İçində fırtına olmayıbsa, çətin ki, dənizi başa düşəsən.  

Dənizlərdən şəfa diləyirik. Qara günə qoyduğumuz dənizlərdən?

Dənizlər insanlardan daha həssasdırlar:biganəlikdən məhv ola bilərlər.

Dənizin kövrək vaxtlarını görməmisənsə, deməli heç nə görməmisən.

Bir damla suda həyat varsa, gör dənizdə nə boyda həyat var.

Dənizin də quzuya dönən vaxtları olur.

Dənizə gedin. Dəniz bağışlamağı bacarır.

 

Rasif  TAHİROV


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır