Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Alimlər bizim eradan əvvəl mövcud olmuş barmaqlı balığın qalıqlarını tapıblar - VİDEO

Alimlər Kanadanın şimalında ön üzgəcləri barmaq sıralarından ibarət olan qədim balığın skeletini aşkar ediblər.

“Seanews.az” xəbər verir ki, paleontoloqlar Kanadada aşkar edilmiş balığın qalıqlarını balıq və amfibiyalar arasında ilk tam keçid dövrünün əyani sübutu kimi qiymətləndirirlər.

Alimlər balıqlarda barmaqların sonradan yoxa çıxmasını balıqların okeandan adi dənizlərə keçməsindən sonra baş verdiyini açıqlayıblar.

Qalıqların b.e.ə. 375-370 milyon il əvvələ aid olduğu təxmin edilir. Quruda tam yaşaya bilən ilk amfibiyalar balıqların okeanı tərk etməsindən 20-30 milyon il sonra əmələ gəlib. Lakin bu prosesin necə baş verdiyi hazırda alimlərə məlum deyil.

Kanadanın başqa bir bölgəsində, Kvebek yaxınlığında aparılan qazıntılar zamanı alimlər təxminən 390 milyon illik balıq qalıqlarına rast gəliblər. Bu qalıqların Elpistosteqi balığına aid olduğu müəyyən edilib.  Alimlər bu balıq haqqında ötən əsrin 80-ci illərində tapılmış kəllə sümüyünün qalıqlarının araşdırılması nəticəsində müəyyən məlumatlara malik idilər.

Tam funksiyalı bilək və barmaqlara malik olan bu balıqlar yırtıcı təbiətə aid olublar. Kifayət qədər möhkəm onurğa sümüyü olan balıqlar quruda şaquli vəziyyətdə dura bilirdilər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır