Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük üzən körpüsü

“Evergreen Point Bridge” adlı üzən körpü 1963-cü ildə Sietlda Vaşinqton gölünün üzərində istismara verilib. 

"Seanews.az" xəbər verir ki,  sözügedən körpünün inşası ideyasını 1930-cu illərdə Homer Hedli adlı mühəndis irəli sürüb. Layihə hazırlanarkən onun asma konstruksiyalı olması təklif edilib. Daha sonra gölün dibinin çox yumşaq olması inşaatçıları fikrindən daşındırıb.

“Evergreen Point Bridge” körpüsü zaman keçdikcə möhkəmliyini itirdiyi üçün həmin körpünün analoji variantını inşa etmək qərarı verilir. Körpünün yeni variantı 2016-cı ilin aprelində istifadəyə verilir.

Uzunluğu 2.3 kilometr, eni isə 35 metr olan bu körpü rekordlar kitabına düşür.  Üzən körpünün üzərindən hər gün orta hesabla 74 min ədəd müxtəlif növ nəqliyyat vasitəsi keçir. Gəmilərin keçməsi üçün körpünün mərkəzində aralanmaq xüsusiyyəti də nəzərə alınıb.

Sürəti 157 km/saata qədər olan küləyin gücünə hesablanmış körpünün istismar müddəti 75 ildir.   

İlkin hesablamalara görə, körpünün inşası 586 milyon dollar idisə, sonda ümumi xərc 930 milyon dollara çatır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır