Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Kuk adaları

Sakit okeanın cənubunda 1.800.000 km2 ərazidə yayılmış Kuk adaları özünüidarə üsulu olan dövlət qurumudur. Adalar 1770-ci ildə Ceyms Kuk tərəfindən kəşf edilmişdir. Paytaxtı – Avarua şəhəridir (Rarotonqa adasında yerləşir). Ümumi torpaq sahəsi-236,7 km²-dir.

Kuk adaları 6 mərcan və 9 vulkan mənşəli adalardan təşkil olunur. Əhali ən böyük ada olan Rarotonqada (67.1 km²-dir)  yaşayır. Şimalda Kiribati, şərqdə Fransız Polineziyası, Niuye, Amerika Samoası, qərbdə Tokelau və cənubda neytral Sakit okean suları ilə sərhəddir.

Adaların mədəniyyəti bir neçə əsr əvvəl burada məskunlaşmış əhali tərəfindən formalaşdırılıb. Kuk adalarında VI əsrdə Taitidən gəlmiş polineziya xalqı məskunlaşıb. Portuqal gəmi kapitanı Pedro Fernandes Kiros XVII əsrdə adalarda ilk avropalıların məskunlaşdığını qeyd edib. XVIII əsrdə Böyük Britaniya dəniz səyyahı Ceyms Kuk adalara çatıb və adalara öz adını verib. Adalara gələn əcnəbilər adaların yazı sistemini inkişaf etdiriblər, adalara xristianlığı və Avropa məktəblərini gətiriblər.

1971-ci ildə Kuk adalarında 21 322 nəfər yaşayırdı. O zamandan başlayaraq, adaların əhalisi tədricən azalır. Emiqrasiyanın əsas axını sabitcə Yeni Zelandiyaya gedir. Hazırda bu ölkədə 40 minlik Kuk adaları diasporası mövcuddur.

Kuk dili və ya Rarotonqa dili adaların rəsmi dilidir. Dilin 15 adada danışılan, qarşılıqlı aydın başa düşülən bir neçə dialekti var.

Kuk adaları arxipelaqı hələ kütləvi turizmdən çox yararlanmayıb. Lakin adaların təbiəti gələn turistlərin və səyahətçilərin xatirəsinə həqiqətən də silinməz təəssürat yaradır.

Sahil qayalıqları, ağ qumlu çimərliklər, möhtəşəm riflər, mağaralar və vulkan dağları - adanın təbii sərvətlərinin tam olmayan siyahısıdır.  Adalar bitki, heyvanat və quşlar aləmi ilə də çox zəngindir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır