Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-09,
Seanews
Heyder Eliyev

Gəmi - idman zalı

Suda fitnes - Bu nə üzgüçülükdür, nə də akvaaerobika. Heç sahilboyu qaçış da deyil.

Parisin mərkəzindən enli, sakit Sena çayı keçir. Bu çayda çox qeyri-adi - şəffaf divarları və sıra-sıra trenajorları olan gəmi üzür. Üzən fitnes-klubun adi gəmilərdən fərqi odur ki, yalnız içindəki insanlar hərəkət edərkən üzməyə başlayır. Yəni içindəki sərnişin-idmançılar məşqə başlayan kimi gəmi də işə başlayır - hərəkətə gəlir. Nə vaxt onlar dayansalar, dayanır. Şəffaf divarlar isə Sena çayının əsrarəngiz gözəlliyi, Eyfel qülləsi və Paris görüntülərini izləmək üçün əlverişli şərait yaradır. Gəmi-idman zalı “Paris Navigating Gym” adını alıb. 20 metr uzunluğundakı gəmidə 40 nəfər rahat məşq edə bilər.

Qeyri-adi gəmi insan əzələsi gücündən başqa, damında yerləşən günəş panellərindən də enerji ala bilir. Bu kiçik fitnes-mərkəzdə insan enerjisini elektrik enerjisinə çevirə bilən velotrenajorlar var. Fitnes-gəminin hazırlanmasında əsas məqsəd isə insan enerjisindən istifadə mümkünlüyünü öyrənmək və su yollarından şəhər infrastrukturunun qaydaya salınmasında istifadə etməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır