Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Mako köpəkbalığı lüks yaxtaya hücum edib

Yeni Zelandiyanın sahilində planetin ən sürətli balığı olan Mako köpəkbalığı bir neçə milyon dollar dəyərində lüks yaxtaya hücum edib.

Bu barədə videogörüntüləri "Daily Mail" yayıb.

Hadisə köpəkbalığı araşdırması üzrə ixtisaslaşmış 35 yaşlı dəniz bioloqu Riley Elliottun doktorluq dissertasiyası üçün tədqiqat apararkən baş verib. Görüntülərdə böyük bir köpəkbalığının lüks yaxtaya necə hücum etdiyi göstərilir. Bioloq hadisə zamanı "nə edirsən, dostum?", deyə köpəkbalığına qışqırıb. Sonra yırtıcı suyun altına girib və yaxtanın yaxınlığında dövrə vurmağa davam edib. Sonda isə, Elliott köpəkbalığına hirslənərək qışqırıb və onunla birlikdə suda üzməyə başlayıb.

Elliott açıqlamasında vurğulayır ki, köpək balığının yaxtaya hücumundan qorxmayıb, çünki gəmi möhkəm və dayanıqlıdır.

Qeyd edək ki, Mako köpəkbalığının uzunluğu 3,8 metrə, çəkisi yarım tona qədər ola bilər. O, hazırda planetdə yaşayan bütün köpəkbalıqları arasında ən sürətli hesab olunur və saatda 74 kilometrə qədər sürət götürməyə qadirdir.

Virtualaz.org


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır