Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Dünya müharibəsinin bitməsinin simvollarından birinə çevrilən məşhur dənizçi ö

II Dünya Müharibəsinin başa çatmasının qeyd olunduğu Nyu Yorkda tibb bacısını öpərkən bir fotoqrafın obyektivinə tuş gələn və bununla da müharibənin bitməsinin simvollarından birinə çevrilən məşhur dənizçi George Mendonsa 95 yaşında dünyasını dəyişib.  Bu barədə dənizçinin qızı Sharon Molleur məlumat verib. O bildirib ki, atasının ölümünə səbəb ürək çatışmazlığı olub.  Qeyd edək ki, fotodakı həkim qız Greta Zimmer Friedmandır. O, 2016-cı ildə 92 yaşında həyatını itirib. Friedman 60 yaşınadək şəkildəki qadının özü olduğunun fərqinə varmadığını söyləmişdi. Sonralar isə açıqlama verərək bunun romantika ilə əlaqəsi olmadığını bildirmişdi.  Qeyd edək ki, sözügedən məşhur fotonu”Life” dərgisi üçün Times Meydanındakı qələbə mərasimində Alfred Eisenstadt çəkib. Şəkil indiyədək dünyanın bir çox yerində müxtəlif sərgidə yer alıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır