niz nəqliyyatı ilə bağlı 7 maraqlı
Dənizçilik dünyanın ən qədim sənayelərindən olsa da, insanlar bu sahə haqqında geniş məlumata sahib deyillər. Elə buna görə də bəzi maraqlı faktları bir araya topladıq. 1 Dünya üzrə yükdaşımalarda təxminən 55,000 gəmi istismar olunur. 2 Ən böyük yük gəmisi 18 min konteyner götürmək imkanına malikdir. Bu da təxminən 745 milyondan çox bananın daşınması anlamına gəlir. Təsəvvür edin, hər avropalıya bir banan… 3 Bir konteyner gəmisinin mühərriki hər hansı avtomobilin mühərrikindən təxminən 1000 dəfə güclüdür. 4 İl ərzində bir konteyner gəmisinin okean boyunca etdiyi səyahət aya getmək və qayıtmaq yolunun 75%-nə bərabərdir. 5 Dünya dənizçilik sənayesində 1,5 milyon insan çalışır. Onların böyük əksəriyyəti Filippin vətəndaşlarıdır. 6 Bu sahədə qadınlar ümumi dənizçilərin cəmi 2%-ni təşkil edir. 7 Dünyadakı gəmi heyətlərinin təxminən 33%-nin quruyla heç bir əlaqəsi yoxdur. Yalnız 10% -nin internetə çıxış imkanı var.