Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

paniya və Fransanı sualtı elektrik xətti birləşdirə

İspaniya, Fransa və Portuqaliya Biskay körfəzində dənizin dibindən elektrik xəttinin çəkilməsinə dair razılaşma əldə ediblər. Pireney yarımadası ölkələri bu irimiqyaslı layihənin köməyi ilə energetika sisteminin təcridinə son qoymaq istəyirlər. Üç ölkənin liderləri Lissabon sammitində görüşərək Fransa və İspaniya arasında 370 kilometr uzunluğunda sualtı xəttin çəkilməsinin birgə maliyyələşdirilməsi barədə saziş imzalayıblar. Avropa Komissiyası elektrik xəttinin çəkilməsinə 578 milyon avro ayıracaq. Layihənin büdcəsinin təqribən 30 faizini təşkil edən həmin vəsait Avropa İttifaqında energetika layihəsinə yatırılan ən böyük məbləğdir. Elektrik xəttini 2025-ci ildə istifadəyə vermək planlaşdırılır. Bu, Fransa ilə İspaniya arasında elektrik enerjisi dövriyyəsini iki dəfə artıracaq. İspaniya və Portuqaliya uzun illərdir öz energetika sistemlərinin təcridinə son qoymağa və Avropanın əsas enerji və qaz nəqli sistemlərinə qoşulmağa çalışırlar. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır