Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

nizçilərdən öyrəniləcək 7 xüsusiy

Fədakarlıq Dənizçilərin işi çox çətindir. Lakin onlar hər zaman dözümlü və fədakarlığı ilə seçilirlər. Ailələrinin yaxşı yaşamaları, övladlarının mükəmməl təhsil almaları üçün əllərindən gələni edİrlər. Dəqiqlik Dənizçilər üçün vaxt hər zaman önəmlidir. Onlar gəminin limana giriş-çıxış vaxtını saniyəsinədək xüsusi jurnalda qeyd edirlər. Bundan başqa, gəmiyə kimin gəlib-getdiyi də həmin jurnalda əksini tapır. Bu baxımdan dənizçilər vaxtın dəyərini yaxşı bilirlər. Onlar gecikməyi xoşlamırlar. Daha tez adaptasiya olmaq Dənizçilər istənilən mühitə tez adaptasiya olmağı bacarırlar. Bu, şübhəsizdir. Onlar tez-tez mühit və heyət dəyişməyə alışıblar. Sadiqlik Dənizçilər işlərini, iş yoldaşlarını, gəmilərini doğma hesab edirlər. Daşıdıqları yükü göz bəbəyi kimi qoruyurlar. Xəyanət bu peşə sahiblərinə tamamilə yaddır. Ailəyə bağlılıq Dənizçilər ailələrinə çox bağlıdırlar. Uzaqda olsalar da, ürəkləri ailələri ilə döyünür, bir an belə onları unutmurlar. Dostcanlılıq Dənizçilərin hər limanda ən az bir dostu olur. Onlar özləri də dostcanlıdırlar. Ətrafa qarşı xüsusi diqqət və həssaslığı ilə digər peşə sahiblərindən çox fərqlənirlər. Qorxusuzluq Onları heç nə qorxutmur. Nə fırtına, nə dalğa…Cəsarətlidirlər, getdikləri yoldan dönməzlər.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır