Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“CMA CGM”-ə yeni vitse-prezident təyin edilib

Terri Erenbogen “CMA CGM Group”-un yeni vitse-prezidenti təyin edilib.

“SeaNews”-in məlumatına görə, T. Erenbogen yeni təyinatından əvvəl “Bolloré Logistics”-də müxtəlif vəzifələrdə çalışıb. Fevralın 29-dək o, “Bolloré Logistics”-in baş direktoru vəzifəsini yerinə yetirib.

T. Erenbogen qrupun gəmiçilik, logistika və hava nəqliyyatı bölmələri arasında kommersiya qarşılıqlı fəaliyyətinin təmin edilməsi, biznesin əsas strateji vəzifələrinə cavabdeh olacaq.

T. Ehrenbogen Montpellier Biznes Məktəbinin, eləcə də Avropa Biznes İdarəetmə İnstitutunun (INSEAD) məzunudur.

Qeyd edək ki, fevralın sonunda “Bolloré Logistics” səhmlərinin 100%-nin “CMA CGM” tərəfindən alınması ilə bağlı sövdələşmə bağlanmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır