Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında stolüstü tennis turniri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçirilib.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idman zalında baş tutan yarışda bütün strukturlardan olan ümumilikdə 20 nəfər stolüstü tennis həvəskarı qüvvəsini sınayıb.

Gərgin keçən mübarizədə I yeri Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Rahib Məmmədov tutub. II və III yerə isə “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşları Elşən Kərəmov və Müzəffər Qurbanov çıxıb.

Qaliblərə diplom və hədiyyələr verilib.

Yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır