Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

"Səbail" rəsmiləri klubun Xaçmazdakı bölməsində məşq edən uşaqlarla görüşüblər

“Səbail” uşaq futbolunun inkişafı, bu istiqamətdə kütləviliyin artırılması məqsədilə respublikanın müxtəlif regionlarında da klubun bölmələrinin fəaliyyət göstərməsi ilə bağlı müəyyən layihələrin həyata keçirilməsinə start verib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, cari mövsümdə layihə çərçivəsində ilk tədbir Xaçmaz rayonunun Ləcət kəndində təşkil olunub.

Klubun akademiyasının koordinatoru Mirbağır İsayev və U-19 komandasının məşqçisi Rahid Əmirquliyev Ləcət kəndində “Səbail”in xüsusi bölməsində məşq edən uşaqlarla görüşüb, onların məşqini izləyib, məşqçilərlə fikir mübadiləsi aparıblar. Uşaqlara klubun idman geyimləri, toplar və məşq avadanlıqları təqdim olunub.

Qeyd edək ki, mövsüm ərzində “Səbail”in digər bölgələrimizdə də bölmələrinin açılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır