Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

172 metrlik konteyner gəmisi bütün növ “yaşıl” texnologiyalarla təchiz olunub

Çinin konteyner daşıyıcısı “China United Lines” (“CULines”) 1,9 min TEU tutumlu konteyner gəmisini istismara qəbul edib. Bu, 2021-ci ilin yanvarında Çinin “CSSC Huangpu Wenchong Shipbuilding” gəmiqayırma zavoduna sifariş edilmiş və Nanşadakı “Longxue” Zavodunda tikiləcək dörd gəmidən ikincisidir.

“Seanews.az”-ın məlumatına görə, gəmi Yanpu İqtisadi İnkişaf Zonasına və Haynan Azad Ticarət Limanına dəstək olaraq "CUL Yangpu" adlandırılıb.

“CUL Yangpu” Cənubi Çin - Tayland marşrutunda istifadə olunacaq. Gəmi Nanşa - Şekou - Laem Çabanq - Bankok - Laem Çabanq – Nanşa ardıcıllığı ilə limanlara yan alacaq. Gediş-gəlişi 14 gün çəkəcək.

Xatırladaq ki, ilk yeni tikilmiş konteyner gəmisi “CUL Nansha” bu ilin iyun ayında “CULines” donanmasının tərkibinə daxil edilmişdi. Uzunluğu 172 metr, eni 27,5 metr olan konteyner gəmisi bütün növ “yaşıl” texnologiyalarla təchiz olunub.

2022-ci ildən 2024-cü ilə qədər “CULines” öz donanmasını yeni gəmilərin tikintisi, o cümlədən təkrar bazarda gəmilərin alınması hesabına artırmaq niyyətindədir. Ümumilikdə şirkət 11 konteyner gəmisini qəbul etməyi planlaşdırır. Bu il şirkətin donanmasına hər biri 1,9 min TEU olan üç yeni və hər birinin tutumu 2,8 min TEU olan iki işlənmiş konteyner gəmisi daxil ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır