Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Yeni gəmilər bioyanacaqla işləyə biləcək

Kanadanın ən böyük gəmiçilik şirkətlərindən olan “Fednav Limited”, quru yüklərin daşınması üçün on yeni dəniz gəmisinin inşası ilə bağlı Yaponiyanın “Sumisho Marine Co., Ltd” şirkəti ilə müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, yeni “Lakers” tipli “Fednav” balkerləri  Yaponiyanın “Oshima” gəmiqayırma zavodunda tikiləcək. İlk gəminin sifarişçiyə 2023-cü ilin ortalarında təhvil verilməsi planlaşdırılır.

“Oshima” zavodunun  mühəndisləri tərəfindən böyük göllərdə quru yüklərin daşınması  üçün layihələndirilən yeni balkerlər, sifarişçinin  donanmasında ekoloji cəhətdən ən təmiz gəmilər olacaq: istismar zamanı karbon qazı tullantıları köhnə gəmilərdən 33%, azot oksidi tullantıları isə 87% az olacaq.

Gəmilər “Tier-3” standartına cavab verən və bioyanacaqla işləyə bilən mühərriklərlə təchiz edilib.

Qeyd edək ki, “Fednav” gəmiçilik şirkəti hazırda 120 quru yük gəmisini idarə edir ki, bunun da tən yarısı öz gəmiləridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır