Dənizçi olmaq istəyən abituriyentlərin nəzərinə-ELAN
" Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğuları mühəndisliyi”, və “Elektrik mühəndisliyi” ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 31-ə qədər “Dənizçilər poliklinikası”- na müraciət etməlidirlər.
İş günləri: I-VI günlər
Saat: 9:00-14:30
Tələb edilən sənədlər:
- Şəxsiyyət vəsiqəsi, hərbi qeydiyyata alınma haqqında vəsqiə (və ya hərbi bilet), abituriyentin elektron ərizəsi (iş nömrəsi)
- Ruhi əsəb dispanserindən arayış, narkoloji dispanserdən arayış, xəstəliklə əlaqədar qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.
“Dənizçilər poliklinikası”-nın ünvanı:
Bakı ş. Yasamal r-nu, Kazım Kazımzadə küç. 120 A. (Gömrük hospitalının yanında)
ARAYIŞ PULSUZDUR.
TİBBİ YOXLANIŞ ZAMANI RAST GƏLDİYİNİZ NEQATİV HALLARI İLƏ BAĞLI ADDA-nın ÜMUMİ İŞLƏR ÜZRƏ PROREKTORU ƏLİMƏRDAN QULİYEVLƏ (ƏLAQƏ NÖMRƏSİ: 050 277 02 95) ƏLAQƏ SAXLAYA BİLƏRSİNİZ.